
Bakı. TurkicWorld:
Türkmənistanın Balkan gəmiqayırma zavodunda iki yeni yük gəmisi inşa edəcək.
TurkicWorld-un məlumatına görə, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov yük gəmisinin tikintisi üçün qərar imzalayıb.
Balkan gəmiqayırma zavodu 2018-ci ildə yenidən qurulub. Hazırda zavodun istehsal gücü ildə 10 min ton polad emal etmək və dörd-altı gəmi tikmək üçün nəzərdə tutulub.
Gəmiqayırma zavodlarının əsas məqsədi gəmilərin tikintisi və təmiridir. Eyni zamanda gəmi tikintisi və təmir işlərini ayrıca həyata keçirə bilər. Gəmiqayırma prosesləri materialların qəbulundan tutmuş hazırlıq, quraşdırma və suya buraxılmaya qədər gəmiqayırmanın bütün aspektlərini əhatə edir.
Hazırda zavodda milli ticarət donanmasının “Xəzər” və “Phoenix I” gəmilərinin təmiri aparılır.
Balkan gəmiqayırma zavodunda “Atamyrat Niyazov” tankerinin də təmiri başa çatdırılıb. Bu gəminin ümumi tutumu 4260 tondur (GT) və neftin daşınması üçün nəzərdə tutulub.
Aytac Süleymanova
Twitter: a_alieva_