Bakı. TurkicWorld:
Türkmənistan parlamenti ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib.
TurkicWorld-un məlumatına görə, Türkmənistan Assambleyasında keçirilən görüşdə Türkmənistan-Amerika əməkdaşlığının prioritet məsələləri, xüsusilə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə edilib.
Türkmənistan Milli Məclisinin sədri Dünyagözəl Gülmanova bütün sahələrdə məhsuldar dövlətlərarası dialoqa birbaşa töhfə verən parlamentlərarası əlaqələrin gücləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.
Görüşdə ABŞ nümayəndə heyətinə milli parlamentin strukturu və fəaliyyəti barədə məlumat verilib.
Müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensialın mövcudluğu nəzərə alınaraq, iki ölkə parlamentariləri arasında daha sıx əlaqələrin qurulması və qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Görüşün sonunda tərəflər parlamentlərarası dialoqun fəallaşmasının Türkmənistan və ABŞ arasında siyasi, diplomatik, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığın inkişafına bilavasitə xidmət edəcəyinə əminliklərini ifadə ediblər.
Aytac Süleymanova
Twitter: a_alieva_