OPEC Aşqabadda keçiriləcək neft və qaz forumunda iştirak edəcək

OPEC Aşqabadda keçiriləcək neft və qaz forumunda iştirak edəcək

Bakı. TurkicWorld:

OPEC Aşqabadda keçiriləcək OGT-2023 neft və qaz forumunda iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) oktyabrın 25-27-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək “Türkmənistan Neft və Qazı” (OGT-2023) 28-ci Beynəlxalq Konfransında iştirakını rəsmən təsdiqləyib.

OPEC-dən başqa, Dragon Oil, CNPC, Petronas, William Johnson International Trade and Services FZCO və KAMAZ kimi aparıcı şirkətlər də konfransda iştirak edəcəklərini təsdiqləyiblər. İndiyədək iştirakını təsdiqləyən təşkilatların ümumi sayı yüzə yaxındır.

OPEC-i tədbirdə Təşkilatın neft kəşfiyyatı departamentinin rəhbəri Behroz Baykalızadə təmsil edəcək.

Tədbir Türkmənqaz” və “Türkmənpetrol” Dövlət Qurumları, Türkmənistan Ticarət və Sənaye Palatası və “Türkməngeologiya” Dövlət Qurumunun fəal dəstəyi, “Türkmən Forum” firması və Böyük Britaniyanın GaffneyCline şirkətinin dəstəyi ilə keçiriləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_