Roketsan tərəfindən hazırlanan UMTAS-GM raketinin mənzili açıqlanıb

Roketsan tərəfindən hazırlanan UMTAS-GM raketinin mənzili açıqlanıb

Bakı, TurkicWorld:

Türkiyənin Roketsan şirkəti tərəfindən hazırlanan UMTAS-GM Tank Əleyhinə raketinin ilkin mərhələdə 20-25 kilometr olmaqla, sonrakı mərhələlərdə 40 kilometr mənzilli olacağı açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi məlumat yayıb.

Məlumata əsasən, hibrid axtarıcı ilə təchiz edilən UMTAS-GM raketi ATAK-2 kimi hücum helikopterlərinin görə bilmədiyi hədəfləri vurmaq üçün hazırlanır.

Bundan əlavə, tank əleyhinə raketlərə olan ehtiyac Türkiyənin milli imkanları ilə qarşılanacaq. UMTAS-GM-nin həm ATAK-2 Ağır Sinif Hücum Helikopterinin, həm də quruda yerləşən tank əleyhinə bölmələrin əsas vurucu gücünü təmin edəcəyi gözlənilir.

Ləman Əsədli

lamanasadli01