Son dəqiqə

Türkiyə Pəncə-Kilit Hərəkatı Türk Silahlı Qüvvələri

Pəncə-Kilit Əməliyyatı bölgəsində Türk Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub

Bakı. TurkicWorld:

Pəncə-Kilit Əməliyyatı bölgəsində Türk Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyə Millli Müdafiə Nazirliyi tərəfindən edilən açıqlamada bildirilib.

Milli Müdafiə Nazirliyi (MSB) Piyada Müqaviləli Əsgər Muhammed Küçükün Pəncəli Kilid Hərəkatı bölgəsində terrorçular tərəfindən açılan təcavüz atəşi nəticəsində şəhid olduğunu açıqlayıb.

"12 may 2023-cü il tarixində Pəncə-Kilit Hərəkatı bölgəsində separatçı terror təşkilatı tərəfindən açılan atəş nəticəsində qəhrəman yoldaşımız P.Söz.Er Muhammed Küçük şəhid olub” – deyə açıqlamada bildirilib.

Məlumat üçün qeyd edək ki, hadisədən sonra iki terrorçu Türk Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Twitter: @rufizoglu

Mövzuya görə xəbərlər