Bakı, TurkicWorld:
Türkiyənin HAVELSAN şirkətinin Türk Hava Yolları (THY) üçün istehsal etdiyi Boeing B737MAX Tam Uçuş Simulyatoru Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (AESA) D səviyyəli sertifikatını alıb.
TurkicWorld xəbər verir ki, bu barədə Havelsan şirkətindən məlumat verilib.
Məlumata əsasən, may ayında Airbus sınaqlarına başlanılan A320 CEO/NEO FFS simulyatoru üçün də EASA sertifikatının alacağı gözlənilir.
Qeyd edək ki, HAVELSAN 2017-ci ildə EASA-nın D səviyyə sertifikatlı Boeing 737-800 NG simulyatorunu THY-yə təhvil verib.
Ləman Əsədli
Twitter: lamanasadli01