Ankarada anti-terror əməliyyatı keçirilib

Ankarada anti-terror əməliyyatı keçirilib

Bakı, TurkicWorld:

Türkiyənin Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi anti-terror əməliyyatı keçirib.

TurkicWorld xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 23 üzvündən 20-i həbs edilib.

Məlumata əsasən, qaçan şübhəlilərin tutulması istiqamətində işlər davam edir.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

Twitter: lamanasadli01