Aprel ayında Türkiyədə baş verən avtomobil qəzalarının sayı 40 mini keçib

Aprel ayında Türkiyədə baş verən avtomobil qəzalarının sayı 40 mini keçib

Bakı, TurkicWorld:

2023-cü ilin aprel ayında Türkiyədə baş verən avtomobil qəzalarının ümumi sayı 44 min 901 olub.

Bu barədə TurkicWorld-a Türkiyə Baş Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, aprel ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 37 min 74, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 827 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 28 min 806, vəfat edənlərin sayı isə 258 nəfər təşkil edib”, - deyə idarədən bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyədə baş verən avtomobil qəzalarının ümumi sayı 485 min 48 olub.

Ləman Əsədli

Twitter: lamanasadli01