Müxalifət partiyalar terrorçulara muxtariyyət vəd edib - Akar

Müxalifət partiyalar terrorçulara muxtariyyət vəd edib - Akar

Bakı, TurkicWorld:

Türkiyənin bəzi müxalifət partiyaları terror qruplarına muxtariyyət vəd edib, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Muxtariyyət bölünmək deməkdir. 14 mayda keçiriləcək seçkilərdə xalqımız buna icazə verməyəcək", - deyə nazir əlavə edib.

Akar onu da bildirib ki, xalqın rifah içində və təhlükəsiz şəraitdə yaşaması, ölkənin inkişafı üçün işlər davam edir.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Ləman Əsədli

Twitter: lamanasadli01