Azərbaycan nümayəndə heyəti Çanaqqaladadır

Azərbaycan nümayəndə heyəti Çanaqqaladadır

Bakı. TurkicWorld:

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çanaqqala valiliyində olub, vali İlhami Aktaş ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, Trend-in Türkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, UFAZ Universitenin rektoru Vazeh Əsgərov, Milli Məclisin deputatları Aydın Hüseynov, Elnur Allahverdiyev və YAP Sabuçu rayon təşkilatının sədri Araz Xudadanov, qardaş Türkiyə tərəfdən isə Çanaqqala millət vəkili Julidə İskəndəroğlu, AK partiya Mərkəzi İlçə başqanı Aynur Tuna Yavaş və digər rəsmilər iştirak edib.

Azərbaycan nümayəndə heyətini salamlayan Çanaqqala valisi İlhami Aktaş Azərbaycan nümayəndə heyətini şəhərlərində görməkdən məmnunluğunu ifadə edib.

O bildirib ki, Azərbaycan nümayəndə heyətinin Çanaqqalaya səfəri onların bizimlə bir olduqlarının göstəricisidir.

"Türkiyə və Azərbaycanın birliyi bundan sonra da davam edəcək. Ölkələrimizi bir- birilərinə bağlayan bağlar var. Bizim qardaşlığımız bütün dünyaya nümunədir",- deyə vali qeyd edib.