Bakı, TurkicWorld:
Türkiyənin Millət İttifaqının sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun Ərzurumda keçirilən mitinqində baş verən hadisələrdə iştirak etməsi səbəbi ilə Ərzurum Mərkəzi Komandanlığından məsul olan Akif Keleş həbs edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, A.Keleşin daha öncə FETÖ terror təşkilatı ilə əlaqəsi olduğu təsbit edilib.
Qeyd edək ki, mayın 7-də Türkiyənin Millət İttifaqının sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun Ərzurumda keçirilən mitinqində daşlı hücum olub.
İmamoğlunun çıxış etdiyi avtobusa mitinqdə iştirak edən şəxslər tərəfindən daşla hücum edilib.
Ləman Əsədli
Twitter: lamanasadli01







