Bakı. TurkicWorld:
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı və Millət Alyansının sədr müavini Namizədi Əkrəm İmamoğlunun mayın 7-də Türkiyənin Sivas şəhərində icazəsiz mitinq keçirməsi səbəbilə polis tərəfindən protokol hazırlanıb.
TurkicWorld-un məlumatına görə, Mərkəzi Dairə Seçki Şurasının verdiyi qərara baxmayaraq, İmamoğlu ötən gün Sivasa gələrək, təyin olunmuş ərazinin kənarında mitinq keçirib.
Mərkəzi Dairə Seçki Komissiyasının qəbul etdiyi qərarda, toplantı sahəsinin Hökumət Meydanı olmasına baxmayaraq, İmamoğlu təhlükəsizlik baxımından mitinqə uyğun olmayan və bu səbəbdən tədbir keçirilməyə icazə verilməyən Mövlana Meydanında mitinq keçirib.
İmamoğlunun icazə verilən ərazidən kənarda mitinq keçirməsi ilə bağlı polisə məlumat verilib.







