Son dəqiqə

Türkiyə ASELSAN PUA

ASELSAN görüntü dəyişən PUA hazırlayıb

Bakı, TurkicWorld:

Türkiyənin ASELSAN şirkəti “Forma dəyişdirən Pilotsuz Uçuş Aparatı Araşdırma Layihəsi” çərçivəsində stasionar və mobil platformalardakı buraxılış sistemlərindən atıldıqdan sonra stabil uçuş edən çox rotorlu PUA-nın prototipini hazırlayıb.

TurkicWorld xəbər verir ki, PUA-nın iyul ayında tamamlanacağı və istehsal mərhələsinə keçəcəyi gözlənilir.

Məlumata əsasən, üzərində dörd kamerası olan və qısa müddətdə 200 metr yüksəkliyə çatan PUA istehsal mərhələsinin tamamlanmasından sonra kəşfiyyat-müşahidə məqsədilə istifadə ediləcək.

Görüntüsünü dəyişən PUA-nın sabit nöqtələrdən atılması ilə yüksək hündürlüyə çox sürətlə çatmaq və anlıq görüntüləri ötürmək mümkün olacaq.

Bundan əlavə, PUA havaya qalxma zamanı qəza risklərinin azaldılması, əməliyyata hazırlıq müddətinin qısalması, əməliyyat diapazonunun artırılması və həcminin kiçik olması kimi üstünlüklərə malikdir.

Bu Pilotsuz Uçuş Aparatı şəhər ərazisindəki sabit nöqtələrdə, ölkə sərhədlərindəki təhlükəsizlik məntəqələrində, zirehli hərbi maşınlarda, hücum və sahil mühafizə katerlərində istifadə oluna bilər.

Qeyd edək ki, görüntüsünü dəyişdirən PUA 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında keçirilən Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST-2023-də nümayiş etdirilib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər