Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Hulusi Akar

Qərb bizdən hər şeyə "hə" deməmizi istəyir - Hulusi Akar

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AK Parti xarici mətbuat orqanlarının hədəfindədir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlama verib.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və AK Parti xarici mətbuat orqanlarının hədəfindədir. Onların bizi hədəfə almaqda məqsədi odur ki, gördüyümüz işlər mənafelərinə ziddir. Hər şeyə “hə” deməmizi istəyirlər. Unutmasınlar ki, biz ölkəmizin, millətimizin mənafeyinə uyğun tədbirlər görürük", - deyə nazir bildirib.

Qeyd edək ki, İngiltərənin “The Economist” jurnalı mayın 14-də Türkiyədə keçiriləcək Prezident və 28-ci Dövr parlament seçkiləri ilə bağlı dərc etdiyi məqalədə Türk xalqını Rəcəb Tayyib Ərdoğana səs verməməyə çağırıb.

Mövzuya görə xəbərlər