Bakı TurkicWorld
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar terrorçularla bağlı açıqlamalar verib.
TurkicWorld xəbər verir ki, Akar daha beş terrorçunun Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyini deyib.
"Terror bitmədi. Mübarizə əzmlə, artan templə davam edir. Dünən gecə həyata keçirilən əməliyyatlarda daha 5 terrorçu zərərsizləşdirilib. Beləliklə, 3 gün ərzində Şimali İraq və Suriyada 13 terrorçu zərərsizləşdirilib",- deyə o əlavə edib.
Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.
Mehriban Xəlilli







