Mustafa Şentop QDİƏT-in toplantısında Ukrayna tərəfinin Rusiya nümayəndə heyətinin çıxışına müdaxiləsinin qarşısını alıb

Mustafa Şentop QDİƏT-in toplantısında Ukrayna tərəfinin Rusiya nümayəndə heyətinin çıxışına müdaxiləsinin qarşısını alıb

Bakı. TurkicWorld:

Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (QDİƏT) Zirvə toplantısında Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyətinin çıxışına müdaxilə etməyə cəhd göstərib.

TurkicWorld xəbər verir ki, iclasda sədr qismində iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ukrayna tərəfinin bu cəhdinin qarşısını alıb.

TBMM sədri Ukrayna heyətinin davranışına sərt reaksiya verib.

"Bu iclasın dincliyini kiminsə pozmasına icazə vermərəm. Hər kəs öz fikrini bildirə bilər, buna heç bir maneə yoxdur. Amma bu cür hərəkətlər edilsə, belə görüşlər parlament iclası olmaqdan çıxacaq. Gedin bunu küçədə edin. Burada icazə vermirəm", - M.Şentop deyib.