Son dəqiqə

Türkiyə PKK İraq Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK təlimçisini zərərsizləşdirib

Bakı, TurkicWorld:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında yerləşən Qara ərazisində anti-terror əməliyyatı keçirib.

TurkicWorld xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının sözdə təlimçisi Cudi Engizek kod adlı Ahmet Gümüş zərərsizləşdirilib.

Qeyd edək ki, o, 1999-cu ildə PKK terror təşkilatına qoşulduqdan sonra Türkiyəyə qarşı bir çox terror fəaliyyətlərinin planlayıcısı və icraçısı olub. 1999-2007-ci illər arasında Qabar, Besta, Herkol, Cudi və Kato dağı bölgələrində fəaliyyət göstərib.

2016-cı ildə İraqa köçən və terror təşkilatın liderlərindən olan Murat Karayılanın mühafizəçisi olan Gümüş 2022-ci ildən etibarən İraqda Apollo Akademiyaları Komandanlığına rəhbərlik edib.

Məlumat üçün bildirək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər