Son dəqiqə

Türkiyə AK Parti PUA Efkan Ala

Azərbaycana iki hərbi vertolyot göndərə bilməyən ölkədən, PUA-lar göndərən Türkiyəyə çevrildik - AK Parti

Bakı. TurkicWorld:

Azərbaycana iki hərbi vertolyot göndərə bilməyən ölkədən, PUA-lar göndərən Türkiyəyə çevrildik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının sədr müavini (AK Parti) Efkan Ala jurnalistlərə açıqlaması zamanı deyib.

"Azərbaycan işğal olunanda təxliyə üçün iki hərbi vertolyot göndərə bilməyən bir ölkədən, 30 ildən sonra o işğal altında olan torpaqları xilas edən, istədikləri qədər pilotsuz uçuş aparatı (PUA) göndərən Türkiyəyə çevrilmişik", - deyə o bildirib.

Mövzuya görə xəbərlər