Müdafiə sahəsində atılan hər addım Türkiyənin gücünü göstərir - Hulusi Akar

Müdafiə sahəsində atılan hər addım Türkiyənin gücünü göstərir - Hulusi Akar

Bakı, TurkicWorld:

Müdafiə və təhlükəsizlik sahəsində atılan hər addım beynəlxalq bazarda mühüm rol oynayan Türkiyənin gücünü göstərir, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə keçirilən A400M Təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilmə mərasimində çıxışı zamanı bildirib.

"Dünyada sadəcə dörd mərkəzdə istehsal edilə bilən ən qabaqcıl yük təyyarələrindən biri A400M-ün hazırlandığı Kayseri zavodunda müdafiə və aviasiya sahəsində fəaliyyətlər davam edir və zavod ölkə iqtisadiyyatına böyük töhfələr verir", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Airbus Military tərəfindən hazırlan A400M 2009-cu ildə ilk uçuşunu həyata keçirib.

Ləman Əsədli

lamanasadli01