Bakı. TurkicWorld:
ATAK-2 Layihəsi çərçivəsində hazırlanan T929 Ağır Sinif Hücum Helikopteri bu gün ilk uçuşunu uğurla həyata keçirib.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Prof. Dr. İsmayıl Dəmir ATAK-2-nin ilk uçuşunu sosial media hesabında paylaşıb.
"İstanbuldakı TEKNOFEST2023-ə Ankaradan xoş bir salamla qatılırıq. Ağır Sinif Hücum Helikopterimiz ATAK-2 ilk dəfə uçuş etdi. TUSAŞ-ı və bütün əməyi keçənləri təbrik edirik” - deyə Dəmir bildirib.
Yerli və milli imkanlarla hazırlanan ATAK 2 Ağır Sinif Hücum Helikopteri layihəsi çərçivəsində işlərə 17 fevral 2019-cu il tarixində başlanılıb. Dizayn və konstruktiv istehsal fəaliyyətləri tamamlandıqdan sonra, yer sınaqlarına başlayan ATAK 2, 23 aprel 2023-cü ildə ilk mühərrik işə salma tələbləri olan sınaqları müvəffəqiyyətlə tamamladı və mühərrikin ən vacib döngələrindən biri olan ilk mühərriki işə saldı.
Məlumat üçün qeyd edək ki, dünyada bu sinifdə olan azsaylı helikopterlərdən biri olan ATAK-2-nin çəkisi 10 ton, sursat tutumu isə 1200 kq-dır. Eyni sinifdə olan digər helikopterlər arasında AH-64 Apache, Mi-28 və Ka-52 diqqət çəkir.







