Bakı. TurkicWorld:
Uzun illərdir Somalidə yardım fəaliyyətləri həyata keçirən TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi quraqlıqdan sonra fəaliyyətinə daha çox genişləndirib.
Ölkədə 2020-ci ildə başlayan quraqlıq intensiv şəkildə davam edir. Milyonlarla insan təmiz su və qida ehtiyacını təmin etməkdə müxtəlif çətinliklərlə üzləşir.
Yardım səyləri çərçivəsində İHH ölkənin 5 fərqli əyalətinin Baardheere, Baidoa, Boosaaso, Garbahaarreey, Cowhar, Harardhere, Hobyo, Laascaanood, Moqadişu və Wisil şəhərlərində 38 min 601 ailəyə hər birinə 25 kilo olmaqla un paylayıb.
İHH vasitəsilə quraqlıq yaşayan Somali və digər Afrika ölkələrinə dəstək olmaq üçün QURUQ yazıb 3072 nömrəsinə SMS göndərməklə 10 TL ianə edilə bilər.
Daha çox ianə vermək istəyənlər İHH-nin internet saytı vasitəsilə və ya İHH-nin bank hesab nömrələrinin izahat bölməsinə QURAQ yazaraq onlayn olaraq ianə verə bilərlər.
Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 18-də imzalanıb.







