Altay tankı hədəfləri yerli silah sistemləri ilə vuracaq

Altay tankı hədəfləri yerli silah sistemləri ilə vuracaq

Bakı, TurkicWorld:

Türkiyənin maşınqayırma və kimya Sənayesinin (MKE) hazırladığı Altay tankının zərbə gücü yerli imkanlarla təmin ediləcək.

TurkicWorld xəbər verir ki, Altay tankının 120 millimetr 55 kalibrli əsas silah sistemi də maşınqayırma və kimya sənayesi tərəfindən hazırlanır.

Altay tankının əsas silah sisteminin köməyi ilə 120 millimetr diametrli elektriklə atılan və lazerlə idarə olunan raket işarələnmiş hədəfə atılır.

Bundan əlavə, tankın əsas silah sistemi ilə 6 APFSDS-T sursatı bir dəqiqə ərzində ardıcıl olaraq atəş aça bilər. Silah qurğusunun əsas hissəsi-lülənin içərisi bütünlüklə xromla örtülüb.

Uzunluğu 6 min 600 millimetr olan lülənin ömrü 1 min 500 atışa uyğundur.

Ləman Əsədli
Lamanasadli01