Son dəqiqə

Türkiyə TUSAŞ Türkiyənin Milli Döyüş Təyyarəsi

TUSAŞ tərəfindən hazırlanan Milli Döyüş Təyyarəsinin ilk uçuş tarixi açıqlanıb

Bakı, TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan Milli Döyüş Təyyarəsinin (MMU) ilk uçuşu may ayının 1-də həyata keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə MMU-nun baş məhsul mühəndisi Emre Yaban bildirib.

O, həmçinin bildirib ki, çox qısa müddətdə yeddi prototip hazırlanacaq və intensiv sınaqlar həyata keçiriləcək.

Məlumata əsasən, hazırda təyyarə üçün 1min 500 dizayner qrupu olmaqla, ümumilikdə 3 minə yaxın işçi işləyir.

Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan təyyarənin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mövzuya görə xəbərlər