Son dəqiqə

Türkiyə TCG Anadolu

“TCG Anadolu” gəmisini 105 mindən çox insan ziyarət edib

Bakı. TurkicWorld:

Dünyanın ilk SİHA və Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadolu-nu 105 min 604 nəfər ziyarət edib.

TurkicWorld xəbər verir ki, Türkiyə vətəndaşlarının gəmiyə olan sıx marağı ilk gündən sürətlə davam edir.

Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi və Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadolu Sarayburnu limanında lövbər salaraq vətəndaşların ziyarətinə açılıb. İlk gündən ziyarətçilərlə dolu olan gəmini indiyədək ümumilikdə 105 min 604 nəfər ziyarət edib.

Mövzuya görə xəbərlər