TUSAŞ tərəfindən istehsal edilən ATAK-II Helikopterinin mühərrikləri ilk dəfə test edilib

TUSAŞ tərəfindən istehsal edilən ATAK-II Helikopterinin mühərrikləri ilk dəfə test edilib

Bakı, TurkicWorld

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən ATAK-II ağır sinif hücum helikopterinin mühərrikləri ilk dəfə test edilib.

TurkicWorld xəbər verir ki, bu barədə helikopter layihəsinin mühəndisi Mehmet Yılmaz bildirib.

O, həmçinin bildirib ki, helikopterin iki mühərriki də sınaqdan keçirilib və yaxın zamanda ilk uçuşun həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, helikopter 2019-cu ildə Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi ilə Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) arasında imzalanan Ağır Sinif Hücum Helikopteri Layihəsi çərçivəsində yaradılıb.