İstanbul Atatürk Hava Limanında TEKNOFEST-2023 başlayır

İstanbul Atatürk Hava Limanında TEKNOFEST-2023 başlayır

Bakı, TurkicWorld:

27 aprel-1 may tarixlərində Türkiyənin İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST keçiriləcək.

TurkicWorld xəbər verir ki, 102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Məlumata əsasən, festivalda Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA da nümayiş etdiriləcək.

Qeyd edək ki, Türkiyənin Baykar şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi KIZILELMA və AKINCI PUA-ları 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.