Bakı, TurkicWorld:
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar KIZILELMA" TEKNOFEST-2023-də nümayiş etdiriləcək.
TurkicWorld xəbər verir ki, təyyarə yerli vaxtla saat 13:30-da Çorlu Hava Limanından havaya qalxıb. KIZILELMA-nın təxminən 45 dəqiqə çəkəcək uçuşla İstanbul Atatürk Hava Limanına enəcəyi gözlənilir.
Məlumata əsasən, təyyarə 27 aprel-1 may tarixlərində xalqa təqdim ediləcək.
Qeyd edək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib.
Təyyarənin 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.
Aprelin 25-də "Bayraktar KIZILELMA" Tekirdağ vilayətinin Çorlu rayonunda Akıncı Uçuş Tədris və Test Mərkəzində ilk dəfə qol uçuşu həyata keçirib.
8,5 ton uçuş çəkisi və 1500 kq yük daşıma qabiliyyəti olan Bayraktar KIZILELMA 18-20 aprel tarixlərində dörd uçuşla ümumilikdə səkkiz sınaq uçuşu keçirib və uçuş-enmə zolağında aşağı hündürlükdə 630 km/saat sürətlə sınaq manevrləri həyata keçirib. Bu uğurlu testdə yüksək sürətli uçuş və manevr sınaqları, eləcə də ardıcıl uçuş və eniş və ötürmə sınaqları həyata keçirilib.
Bundan əlavə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA, hava-yer missiyaları ilə yanaşı, süni intellekt funksiyası ilə havada döyüş həyata keçirəcək.