Bakı, TurkicWorld:
Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirilən Yeni Altay tankında yerli mühərrikin istifadəsi üçün hazırlıqlar davam edir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir bildirib.
O qeyd edib ki, sadəcə mühərrikin xaricdən alındığı tankın bütün hissələri və proqram təminatı yerli proqramçı və mühəndislər tərəfindən hazırlanıb.
Məlumat üçün qeyd edək ki, türk mühəndisləri tərəfindən hazırlanan Yeni ALTAY-ın digər mühüm xüsusiyyəti, inkişaf edən texnologiyaya uyğunlaşa bilən çevik bir arxitekturaya sahib olmasıdır.
Bu xüsusiyyət sayəsində Türkiyə Silahlı Qüvvələrinin gələcəkdə ehtiyac duya biləcəyi fərqli konsepsiyalara uyğun modernləşdirilməsi hədəflənib.