Bakı, TurkicWorld:
Türkiyənin müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Türkiyə-Rusiya-Suriya-İran dördtərəfli görüşü ilə bağlı Moskvada rəsmi səfərdədir.
TurkicWorld xəbər verir ki, görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri Əli Mahmud Abbas və İranın müdafiə naziri Məhəmməd Rza Aştianinin də iştirak edəcəyi gözlənilir.
Məlumata əsasən, görüş zamanı tərəflər Suriyada təhlükəsizliyin gücləndirilməsi və hər cür terror təşkilatı və ekstremist qruplarla mübarizə, Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması sahəsində atılacaq konkret addımlar, suriyalı qaçqınların öz torpaqlarına qaytarılması istiqamətində işlərin genişləndirilməsi məsələlərini müzakirə edib.
Bundan əlavə, nümayəndələr Suriyada və ümumilikdə regionda sabitliyin təmin edilməsi və qorunub saxlanması üçün dördlü formatda görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Məlumat üçün bildirək ki, dekabrın 28-də Moskvada Türkiyə-Rusiya və Suriya müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.







