Son dəqiqə

Türkiyə Akkuyu Atom Elektrik Stansiyasının (NGS)

Türkiyəyə nüvə enerjisi olan ölkə statusu veriləcək

Bakı, TurkicWorld:

Türkiyə aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasına ilk nüvə yanacağı verilməsi ilə nüvə enerjisi olan ölkə statusu qazanacaq .

TurkicWorld xəbər verir ki, yanacağın verilməsindən sonra elektrik stansiyasında yanacaq sınaqları və sertifikatlaşdırma prosesləri başlayacaq.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsindəTürkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilmişdir.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Mövzuya görə xəbərlər