Son dəqiqə

Türkiyə Müdafiə Sənayesi Nazirliyi TUSAŞ İsmail Demir

Türkiyənin ilk reaktiv mühərriki sınaqdan keçirilib

Bakı, TurkicWorld:

Türkiyənin ilk yerli və milli vertolyot mühərriki "TEI-TS1400" ölkənin Müdafiə Sənayesi Rəhbərliyi tərəfindən dizayn edilən və Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal edilən ümumiməqsədli ilk helikopteri "Gökbey"-in uçuşunda sınaqdan keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Demir bildirib.

Qeyd edək ki, 2013-cü ildə Türkiyənin Müdafiə Sənayesi və Türk Aerokosmik Sənayesi (TUSAŞ) arasında ümumi məqsədli helikopterin yaradılması barədə müqavilə imzalanıb.

Helikopterin ilk uçuşu 6 sentyabr 2018-ci ildə uğurla həyata keçirilib.

Mövzuya görə xəbərlər