Bakı. TurkicWorld:
AK Partiya Bahçelievler əlaqə bürosuna hücum cəhdi baş verib.
TurkicWorld xəbər verir ki, bu haqda AK Partiya İstanbul İl sədri Osman Nuri Kabaktepe bildirib.
“Bahçelievler Kocasinan əlaqə ofisimizin qarşısında silahlı hücuma cəhdi şiddətlə qınayıram. Ən böyük təsəllimiz odur ki, hücumda ölən və yaralanan olmayıb” – deyə o qeyd edib.
Məlumat üçün qeyd edək ki, AK Partiyanın Bahçelievlerdəki seçki əlaqə bürosuna motosikletdən atəş açılıb.







