Son dəqiqə

Türkiyə Çin Eskişehir

Türkiyədə 700 milyon tona yaxın Nadir Torpaq Elementi ehtiyatları tapılıb

Bakı, TurkicWorld:

Türkiyənin Eskişehir şəhərində 694 milyon ton Nadir Torpaq Elementi ehtiyatları tapılıb.

Ehtimal olunur ki, bu ehtiyatlar Türkiyə iqtisadiyyatına milyardlarla dollar töhfə verməkdən əlavə, böyük strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Nadir Torpaq Elementləri torpağın altında kiçik rezervlər halında olur. Bu metallar qeyri-adi fluoresyent, keçirici və maqnit xassələrinə malikdir - bu da onları dəmir kimi metallarla az miqdarda əritdikdə və qarışdırdıqda çox faydalı edir.

Dünyada 121 milyon ton Nadir Torpaq Elementi ehtiyatı var. Bu ehtiyatın təqribən 800 milyon tonu Çin Xalq Respublikasında, 21 milyon tonu Braziliyada və Rusiyada, 6.9 milyon tonu Hindistanda, 4.2 milyon tonu Avstraliyada, 2.3 milyon tonu ABŞ-da, 1.5 milyon tonu Qrenlandiyada yerləşir.

Mövzuya görə xəbərlər