Bakı. TurkicWorld:
Türkiyənin İstanbul şəhərinin ən vacib tarixi abidələrindən biri olaraq hesab edilən Sultan Əhməd Məscidinin bərpa işləri beş ilin ardından tamamlanıb.
TurkicWorld-un məlumatına görə, tarixi məscid Ramazan bayramının ilk günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi cümə namazı ilə yenidən ibadət üçün xalqa açılacaq.
Qeyd edək ki, Sultan Əhməd Məscidi 1609-1616-cı illərdə Osmanlı sultanı I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib.






