Türk Hava Yolları Arnavutköydə 10 mindən çox yaşayış evi tikəcək

Türk Hava Yolları Arnavutköydə 10 mindən çox yaşayış evi tikəcək

Bakı, TurkicWorld:

Türk Hava Yolları (THY) şirkəti Arnavutköy vilayətində yerləşən ərazisində 14 min evin tikintisinə başlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Prof. Dr. Ahmet Bolat öz rəsmi twitter hesabında bildirib.

"Arnavutköydəki 3,6 milyon kvadrat metrlik ərazimizin bir hissəsində 14 min yaşayış evi tikməyə qərar verdik. Evlər Emlak Konut tərəfindən tikiləcək və ödənişlərdə THY və Emlak Konutdan başqa heç bir vasitəçi və ya maliyyə qurumu olmayacaq. THY işçiləri üçün 3 min mənzil ayrılacaq. Məqsədimiz evə ehtiyacı olan əməkdaşlarımızın İstanbul Hava Limanına yaxın ev sahibi olmasıdır”, - deyə o əlavə edib.