Bakı, TurkicWorld:
Türkiyənin Eskişehir şəhərində İnönü fabrik işçilərini daşıyan xidməti avtobus aşıb.
TurkicWorld xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.
Məlumata əsasən, qəza yerinə çox sayda həkim, xilasetmə və jandarma qrupları cəlb edilib.
Yaralılar Eskişehir ve Bozüyük xəstəxanalarına çatdırılıb.







