Bakı, TurkicWorld:
Türkiyənin TCG Anadolu amfibiya tipli hərbi hücum gəmisi lövbər saldığı Sarayburnu limanında 17-23 aprel tarixlərində ictimaiyyətə təqdim ediləcək.
TurkicWorld xəbər verir ki, gəmi 24 aprel tarixində İstanbul Boğazından keçərək vətəndaşları salamlayacaq.
Məlumat üçün qeyd edək ki, TCG Anadolu amfibiya tipli hücum gəmisi Türkiyənin ən böyük hücum gəmisidir. Gəminin tikintisinə 2014-cü ildə başlanılıb.1iyul 2020-ci ildə gəminin liman testlərinin ardınca 20 iyun 2022-ci ildə dəniz sınaqları tamamlanıb. Ən müasir radar və sensorlarla təchiz edilmiş gəmi tanklar və zirehli maşınlar da daxil olmaqla 100-ə yaxın avtomobili göyərtəsində, həmçinin desant maşınları və qayıqları daşımağa qadirdir. 27 min 436 ton yük daşıya biləcək gəmiyə Türkiyənin Hürjet, Milli Döyüş Təyyarəsi, Kızılelma kimi hava gəmilərinin də yerləşdirilməsi planlaşdırılır.