Suriyada terrorçuların Türkiyə bazasını atəşə tutuması nəticəsində 4 hərbçi yaralanıb

Suriyada terrorçuların Türkiyə bazasını atəşə tutuması nəticəsində 4 hərbçi yaralanıb

Bakı. TurkicWorld:

Türkiyənin Suriyanın şimalında "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyatları bölgələrindəki bazalarına terrorçular tərəfindən hücum edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, PKK/YPG terrorçuları bazaların ərazilərini minaatanlar və reaktiv yaylım atəş sistemi ilə atəşə tutublar. İnsident nəticəsində 4 hərbçi yaralanıb.

Bildirilir ki, yaralı hərbçilər təxliyə edilərək Kilis Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edilib ki, terrorçuların müəyyən edilmiş hədəflərinə Türkiyə ordusu tərəfindən zərbələr endirilir.