Bakı. TurkicWorld:
Türkiyənin Baykar şirkətinin tamamilə öz imkanları ilə inkişaf etdirdiyi Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin uçuş sınaq kampaniyası planlaşdırılan istiqamətdə həyata keçirilib.
TurkicWorld xəbər verir ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində dördüncü uçuşunu həyata keçirib.
Aprelin 10-da keçirilən inventar qəbul mərasimində dünyanın ilk SİHA gəmisi olacaq TCG Anadolu-nun uçuş göyərtəsində Bayraktar KIZILELMA və Bayraktar TB3 SİHA yer alıb.
Məlumat üçün qeyd edək ki, milli pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılıb.
Mərasimdə ikinci prototipi istehsal edilən Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin 2025-ci ildə TCG Anadolu gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir.