Bakı, TurkicWorld:
Türkiyənin Müdafiə Sənayesinin xaricdən asılılığını azaltmaq və innovativ texnologiyaların inkişafı üçün “İnnovativ və Qabaqcıl Texnologiyalar İnvestisiya Fondu” yaradılıb.
TurkicWorld xəbər verir ki, imzalama mərasimi Müdafiə Sənayesi İdarəsinin Nuri Demirağ Konfrans salonunda keçirilib.
Tədbirə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir, Müdafiə Sənayesi Texnologiyaları Baş İdarəsinin direktoru Ahmet Çağrı Özer, Türkiyə İnkişaf və İnvestisiya Bankının baş direktoru İbrahim Halil Öztop, Vakıf Katılım Bankı baş direktoru Osman Çelik, Ziraat İştirak Bankı Şöbə Müdiri Emre Birgen və müdafiə sektoru nümayəndələri qatılıb.
Qeyd edək ki, Müdafiə Sənayesi Texnologiyaları Baş İdarəsi (SSTEK), Türkiyə İnkişaf və İnvestisiya Bankı, Vakıf Katılım və Ziraat Katılım kimi investorların da olduğu fondun ilk investisiyasının Türkiyənin Beam Teknoloji şirkətinə edilməsi qərara alınıb.