Son dəqiqə

Türkiyə Türkiyə Qızıl Aypara Cəmiyyəti

Türkiyə Qızıl Aypara Cəmiyyətinin üç günlük qan ehtiyatı qalıb

Bakı, TurkicWorld:

Türkiyə Qızıl Aypara Cəmiyyətinin üç günlük qan ehtiyatı qalıb, TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Qızıl Aypara Cəmiyyətinin qan xidmətləri şöbəsi üzrə baş direktoru Dr. Saim Kerman bildirib.

Türkiyədə qan tədarükü üçün Qızıl Aypara Cəmiyyətindən başqa bir qurumun olmadığı nəzərə alınsa, ehtiyatların minimum səviyyədən də aşağı enməsi ciddi risklərdən xəbər verir”, - deyə o əlavə edib.

O, Türkiyə vətəndaşlarını qan verməyə dəvət edib.

Dr. Saim Kerman qeyd edib ki, ictimaiyyətdə müzakirə edilənlərin əksinə olaraq, Türkiyə Qızıl Aypara Cəmiyyəti qan ianələri qarşılığında heç bir maddi qazanc əldə etmir.

Məlumat üçün qeyd edək ki, Türkiyə Qızıl Aypara Cəmiyyəti 11 iyun 1868-ci ildə qurulub.

Hazırladı: Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər