Mesut Özil millət vəkilliyinə namizədliyini irəli sürüb

Mesut Özil millət vəkilliyinə namizədliyini irəli sürüb

Bakı. TurkicWorld:

Türkiyənin ulduz futbolçularından olan Mesut Özil millət vəkilliyinə namizədliyini irəli sürüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin "Haber 7" kanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, M.Özil Ədalət və İnkişaf Partiyasından namizəd olacaq.

Qeyd edilir ki, martın 22-də futbolçu karyerasını bitirdiyini açıqlayan 34 yaşlı ulduz futbolçunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasının İstanbuldan millət vəkili namizədi kimi irəli sürüləcək.