THY sərnişinlərinə məhdudiyyətsiz mesajlaşma xidməti təklif edir

THY sərnişinlərinə məhdudiyyətsiz mesajlaşma xidməti təklif edir

Bakı, TurkicWorld:

Türk Hava Yolları (THY) avişirkəti aprel ayından etibarən sərnişinlərinə WhatsApp, iMessage, Messenger və s. kimi proqramların istifadəsi üçün pulsuz internet təklif edir.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, bu barədə THY baş direktörü Bilal Ekşi bildirib.

Məlumata əsasən, yeni xidmət ilk olaraq “Türk Telekom” tərəfindən internetə çıxışı olan təyyarələrdə, daha sonra isə internetə çıxışı olan bütün təyyarələrdə mərhələli şəkildə istifadəyə veriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01