Türkiyənin TCG Anadolu hərbi gəmisinin təqdim ediləcəyi tarix açıqlanıb

Türkiyənin TCG Anadolu hərbi gəmisinin təqdim ediləcəyi tarix açıqlanıb

Bakı, TurkicWorld:

Türkiyənin TCG Anadolu amfibiya tipli hərbi hücum gəmisi bazarertəsi günü Türkiyə Hərbi Dəniz Qüvvələrinə təqdim ediləcək.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Demir bildirib.

Məlumat üçün qeyd edək ki, TCG Anadolu amfibiya tipli hücum gəmisi Türkiyənin ən böyük hücum gəmisidir. Gəminin tikintisinə 2014-cü ildə başlanılıb.1iyul 2020-ci ildə gəminin liman testlərinin ardınca 20 iyun 2022-ci ildə dəniz sınaqları tamamlanıb. Ən müasir radar və sensorlarla təchiz edilmiş gəmi tanklar və zirehli maşınlar da daxil olmaqla 100-ə yaxın avtomobili göyərtəsində, həmçinin desant maşınları və qayıqları daşımağa qadirdir. 27 min 436 ton yük daşıya biləcək gəmiyə Türkiyənin Hürjet, Milli Döyüş Təyyarəsi, Kızılelma kimi hava gəmilərinin də yerləşdirilməsi planlaşdırılır.

Ləman Əsədli

Twitter: lamanasadli01