Türkiyə beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkə olacaq - İsmayıl Dəmir

Türkiyə beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkə olacaq - İsmayıl Dəmir

Bakı. TurkicWorld:

Milli Döyüş Təyyarəmiz tanınmış beşinci nəsil döyüş təyyarəsidir. Dünyada beşinci nəsil döyüş təyyarələri istehsal edən cəmi dörd ölkə var. Türkiyə də beşinci olacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Müdafiə sənayesi naziri İsmayıl Dəmir jurnalistlərə açıqlaması zamanı deyib.

"Milli Döyüş Təyyarəsi dedikdə məqsədimiz beşinci nəsil təyyarə istehsal etməkdir. Çox müasir elektron sistemlərlə təchiz edilmiş, çox erqonomik kokpitə və böyük displeyli tam rəqəmsal kokpitə malik və dünyada beşinci nəsil təyyarə adlandırdığımız bütün texnologiyaya malik, müdafiə sistemləri, radarları ilə təchiz edilmiş bir təyyarə planlaşdırırıq. Təyyarənin uçuşa hazırlıq prosesi bir il müddət alacaq", - deyə nazir bildirib.

Türkiyənin ilk reaktiv pilotlu təyyarəsi olan HÜRJET haqqında sualları cavablayan İsmayıl Dəmir, HÜRJET - in bir çox sınaqlardan uğurla keçdiyini və bir ay sonra uçuşa hazır olacağını bildirib.

Qeyd edək ki, Türkiyənin ilk yerli istehsal döyüş təyyarəsi HÜRJET, 2023-cü il 18 mart tarixində anqardan çıxarılıb. HÜRJET reaktiv təyyarəsi Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilib.