Türkiyənin Milli Döyüş Təyyarəsinin ilk uçuşu 2025-ci ildə baş tutacaq

Türkiyənin Milli Döyüş Təyyarəsinin ilk uçuşu 2025-ci ildə baş tutacaq

Bakı. TurkicWorld:

Türkiyənin Milli Döyüş Təyyarəsinin (MMU) ilk uçuşu 2025-ci ildə baş tutacaq.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi prezidenti Prof. Dr. İsmayıl Dəmir bildirib.

“Təyyarəmizi 2030-cu ildə Hərbi Hava Qüvvələrimizə təhvil verəcəyik”. - deyə o əlavə edib.

Xatırladaq ki, 2016-cı ilin avqust ayının 5-i Müdafiə Sənayesi Rəyasət Heyətinin təşəbbüsü ilə Türk Aerokosmik Sənayesinin (TUSAŞ) əsas podratçısı tərəfindən həyata keçirilən Milli Döyüş Təyyarələri layihəsi uğurla davam edir.

Atış sınaqlarını uğurla keçən MMU-ın bu ilin mart ayının 18-də anqardan çıxış mərasimi keçirilib.

MMU-nun texniki xüsusiyyətləri:
Qanad genişliyi: 14 metr
Uzunluğu: 21 metr
Hündürlük: 6 metr
Maksimum Sürət: 1.8 Mach (1mach= 1226,5 km/saat)
Uçuş hündürlüyü: 55,000 fut

İlkin mərhələdə 4.5-ci nəsil olaraq xarakterizə ediləcək MMU-nun son mərhələdə 5-ci nəsil statusuna çatması hədəflənir.

Hazırda ABŞ istehsalı olan F-22 və F-35 döyüş təyyarələri 5-ci nəsil döyüş təyyarələri kimi, Rusiya istehsalı olan Su-57 və Çin istehsalı olan J-20 platformaları 5-ci nəsil statusuna çatmağı hədəfləyən 4.5-ci nəsil döyüş təyyarələri olaraq xarakterizə edilir.