Son dəqiqə

Türkiyə Akkuyu Atom Elektrik Stansiyasının (NGS)

Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktoru fəaliyyətə başlayacaq

Bakı, TurkicWorld:

Aprelin 27-də Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının birinci reaktoruna yanacaq yüklənərək rəsmən nüvə obyekti statusu veriləcək.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, dörd reaktordan ibarət, ümumi gücü 4800 Meqavat olan stansiyanın digər üç reaktorunun fəaliyyətinin 2026-cı ilə qədər tamamlanması planlaşdırılır.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsindəTürkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilmişdir.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Mövzuya görə xəbərlər