TUSAŞ Kahramanmaraşda istehsal müəssisəsi quracaq

TUSAŞ Kahramanmaraşda istehsal müəssisəsi quracaq

Bakı. TurkicWorld:

Türk Aerokosmik Sənayesi (TUSAŞ) Kahramanmaraşda öz istehsal müəssisəsini quracaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi sədri İsmail Dəmir məlumat verib.

"TUSAŞ-ın etdiyi planlaşdırma bizim üçün sadəcə bir addımdır. Digər sənaye şirkətlərimizin də 7-8 fərqli bölgədə oxşar fəaliyyətlər həyata keçirməsini planlaşdırırıq. Hədəfimiz ən qısa zamanda zəlzələdən zərər çəkmiş bölgələrdə istehsal və məşğulluq fəaliyyətləri həyata keçirərək bölgəyə canlılıq qatmaqdır."

Prosesin təfərrüatlarının bölgədəki şəraitdən asılı olduğunu qeyd edən Dəmir, TUSAŞ-ın daha geniş obyekt sahələri üçün bölgədəki səlahiyyətlilərlə əlaqədə olduğunuda vurğulayıb.

“Yer müəyyən edildikdən sonra biz obyektlərimizi ən yaxın müddətdə qurmağı və 6 ay ərzində müəssisələrimizi istifadəyə verməyi hədəfləyirik. TUSAŞ ilkin olaraq 250 nəfəri işlə təmin edəcək ancaq növbəti ildən bu rəqəm 500-600-ə çata bilər.” – deyə sədr bildirib.

O qeyd edib ki, investisiya dəyəri obyekt və mənzil üçün 1 milyard lirə olacaq.