Son dəqiqə

Türkiyə TOGG

Türkiyənin yerli istehsal elektrikli avtomobili TOGG-un enerji qiymətləri açıqlanıb

Bakı, TurkicWorld

Türkiyənin yerli istehsal elektrikli avtomobili TOGG-un enerji qiymətləri açıqlanıb.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə TOGG-un enerjidoldurma məntəqəsi olan “Trugo” bildirib.

Məlumata əsasən, “Trugo”-da 180 kVt və 300 kVt-lıq stansiyalarda bir kVt/saata düşən qiymət 7,99 TL təşkil edir.

Bundan əlavə, enerjidoldurma tamalandıqdan sonra avtomobil məntəqədən dayanacaq üçün istifadə edə bilər, bunun üçün dəqiqəsi 0.5 lirə olmaqla pul ödəniləcək.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

Bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.

“TX10” adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.

V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.

Mövzuya görə xəbərlər