Türkiyə Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi üçün səs verəcək

Türkiyə Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi üçün səs verəcək

Bakı, TurkicWorld:

Türkiyə parlamentinin cümə axşamı Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirməsi planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, Türkiyə Parlamentinin ümumi assambleyasının iclasının saat 14:00-da başlayacağı gözlənilir.

Məlumata əsasən, İsveçin NATO-ya üzvlüyü məsələsi Ankara və Stokholm arasında bir sıra müzakirələrdən sonra hələ də gözlənilmir.

Məlumat üçün qeyd edək ki, martın 17-də Finlandiya prezidenti Sauli Niinisto Türkiyəyə səfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi barədə müzakirələr aparıb.

Bildirək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın bütün üzvləri protokolu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.